İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin təyyarəsi Alyaskaya bu istiqamətdən UÇACAQ - ABŞ-dan xüsusi icazə alınacaq

Rusiya lideri Vladimir Putinin ABŞ ərazisi üzərindən uçuşu və prezident Donald Trampla görüşmək üçün Alyaskaya enişi diplomatik kanallar vasitəsilə ayrıca icazə əsasında həyata keçiriləcək.

Musavat.com xəbər verir ki, uçuş marşrutu təhlükəsizlik baxımından diqqətlə müəyyənləşdiriləcək.

Böyük ehtimalla, Rusiya liderinin təyyarəsi Çukotkadan havaya qalxaraq Berinq boğazı üzərindən ABŞ ərazisinə daxil olacaq.

Qeyd edək ki, bu səfərin baş tutması Moskva və Vaşinqton arasında son illərin ən yüksək səviyyəli təmaslarından biri olacaq.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR