İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” qalib gəldi - VİDEO

İlk yayın vaxtı: 20:40

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”a (İrlandiya) qalib gələn “Qarabağ” növbəti raunda adlayıb.

“Report” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.

Yeganə qol 44-cü dəqiqəyə təsadüf edib. Qonaqların heyətində Con Martin avtoqol müəllifi olub. 68-ci dəqiqədə meydan sahiblərinin heyətində Kadi Borges əllə oyuna görə təyin edilən penaltini qola çevirə bilməyib.

Qeyd edək ki, Dublində baş tutan ilk oyunda “köhlən atlar” 3:0 hesablı qələbəyə sevinmişdi.

Beləliklə, iki görüşün nəticəsinə əsasən “Şelburn”u mübarizədən kənarlaşdıran “Qarabağ” adını III təsnifat mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv pley-off mərhələsinə gedən yolda “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək

 

*** 

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) matçında ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda davam edən matçda ev sahibləri 1:0 hesabı ilə öndədirlər.

Qonaqların heyətində 44-cü dəqiqədə Con Martin avtoqol müəllifi olub.

***

Bu gün “Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelburn”la (İrlandiya) cavab oyununa çıxacaq.

Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq. 

Matçı İtaliyadan olan hakimlər briqadası idarə edəcək.

Bu komandalar arasında ilk oyunda Qurban Qurbanovun komandası 3:0 hesablı qələbə qazanıb. 

Çempionlar Liqası

2-ci təsnifat mərhələsi, cavab oyunları

30 iyul

20:00. “Qarabağ” (Azərbaycan) - “Şelburn” (İrlandiya)

***

Komandaların start heyətləri bəlli olub. 

“Qarabağ”: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikalho, 20. Kadi, 11. Emmanuel Addai, 15. Leandro Andrade, 10. Abdullah Zoubir (k), 90. Nəriman Axundzadə.

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 8. Marko Yankoviç, 6. Kris Kuaku, 27. Toral Bayramov

“Şelburn”: 13. Spil, 4. Ledvic, 5. Çapman, 8. Koyle (k), 10. Martin, 11. Odubeko, 15. Bone, 17. Kelly, 18. Norris, 23. Makİnroy, 24. Templ

Ehtiyat oyunçular: 19. Hili, 50. Topçu, 2. Qannon, 6. Lunney, 7. Vud, 9. Boyd, 14. Kute, 16. O'Sullivan, 27. Kaffrey, 29. Barrett, 44. Rinq

***

Matç başladı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR