İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubio və Şərif İsrail ilə İran arasında sülhü müzakirə ediblər

ABŞ dövlət katibi Marko Rubio və Pakistanın Baş naziri Şahbaz Şərif telefon danışığı zamanı İsrail ilə İran arasında davamlı sülhün bərqərar olmasında İslamabadın köməyini müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə “Times of Israel” ABŞ Dövlət Departamentinin bəyanatına istinadən məlumat yayıb.

"Söhbət zamanı tərəflər İsrail və İran arasında davamlı sülhün bərqərar olmasında birgə işin vacibliyini qeyd ediblər", - bəyanatda bildirilib.

Rubio həmçinin vurğulayıb ki, "İran heç vaxt nüvə silahı hazırlaya və ya əldə edə bilməyəcək".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR