Onlayn ictimai-siyasi qəzet
Rusiya Dövlət Dumasının Krımı təmsil edən deputatı Mixail Şeremet Ukrayna rəhbərliyinin cəbhə bölgəsindəki vəziyyət üzərində nəzarəti itirdiyini iddia edib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, bu, Rusiya ordusunun uğurlu əməliyyatları nəticəsində baş verir. Deputat TASS-a açıqlamasında bildirib ki, “Kiyev rejimi döyüş meydanında baş verənləri nə idarə edə, nə də dəyişdirə bilir. Onlar təşəbbüsü tamamilə itiriblər və sadəcə, baş verən prosesləri izləməklə kifayətlənirlər”. Şeremetin fikrincə, Ukrayna ordusu arasında ruh düşkünlüyü artır, bu da cəbhədəki mövqelərin daha sürətli itirilməsinə gətirib çıxarır.
Qeyd edək ki, Ukrayna və Qərb bu cür açıqlamaları Rusiya təbliğatının tərkib hissəsi hesab edir və cəbhədəki vəziyyətin dəyişkən, lakin nəzarət altında olduğunu bildirirlər.
Musavat.com
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ