Onlayn ictimai-siyasi qəzet
Rusiya və Ukrayna mayın 16-da İstanbulda keçirilən danışıqlardan sonra yeni görüşlə bağlı razılığa gəlib.
Musavat.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan X sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
“İntensiv diplomatik səylər sayəsində Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyənin vasitəçiliyi ilə İstanbulda görüş keçirdilər. Tərəflər yeni görüşlə bağlı prinsipial razılığa gəliblər”, - H. Fidan bildirib.
O əmin edib ki, Türkiyə Rusiya və Ukrayna arasında davamlı sülhün təmin edilməsi üçün mümkün olan hər şeyi etməyə davam edəcək.
Qeyd edək ki, İstanbulda aparılan danışıqlarda tərəflər “1000-ə 1000” düsturuna əsasən hərbi əsirlərin dəyişdirilməsi barədə razılığa gəliblər.
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Kiyev və Moskva atəşkəs rejiminin yaradılması ilə bağlı bir-birlərinə konkret təkliflər təqdim etməyə razılaşıblar. Onun sözlərinə görə, bundan sonra əlaqələr davam edəcək.
Medinski qeyd edib ki, Rusiya tərəfi nəticədən razıdır və əlaqələri davam etdirməyə hazırdır.
Musavat.com
17 May 2025
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ