Onlayn ictimai-siyasi qəzet
İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğlu, varis şahzadə Rza Pəhləvi Fransanın paytaxtı Parisdə çıxış edərək İranın ali rəhbəri ayətullah Əli Xameneinin vəzifədən getməsini tələb edib.
Musavat.com xəbər verir ki, Rza Pəhləvi daha əvvəl də İrana müraciət edərək xalqı rejimə qarşı üsyana və azadlıq uğrunda mübarizəyə çağırmışdı.
O, 1979-cu il İslam İnqilabından sonra ölkəni tərk edib və hazırda İran rejiminin əsas müxalif simalarından biri kimi tanınır.
Pəhləvi çıxışında ölkənin gələcəyini demokratiya, insan haqları və beynəlxalq sülh prinsipləri əsasında qurmaq istədiyini vurğulayıb.
Musavat.com
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ