İnsanlara hürriyət, millətlərə istiqlal!

Sakinlərə XƏBƏRDARLIQ: Bu saatlarda liftdən istifadə etməyin

Mayın 9-da səhər saat 09:00-dan günorta 13:00-a qədər Moskva sakinlərinə liftlərdən istifadə etməmələri bildirilib.

Buna səbəb bir neçə saat ərzində mobil və digər rabitə vasitələrinin tamamilə dayandırılması ilə bağlıdır.

Bildirilib ki, paytaxtdakı çoxmərtəbəli yaşayış binalarında yaşayan vətəndaşlar həmin müddətdə liftlərdə qala bilərlər, çünki rabitə işləmədiyindən texniki nasazlıq barədə məlumat lift xidmətlərinə ötürülə bilməyəcək.

Xatırladaq ki, bu gün 9 May tarixində İkinci Dünya Müharibəsində qazanılmış Qələbənin 80 illiyi münasibətilə Moskvada, bir sıra ölkələrin liderlərinin də iştirakı ilə rəsmi tədbirlər keçirilir./Milli.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 May 2025

09 May 2025

BÜTÜN XƏBƏRLƏR