Onlayn ictimai-siyasi qəzet
Britaniya-Hollandiya neft və qaz nəhəngi Shell Britaniyanın BP şirkətini almaq üçün danışıqlara başlayıb.
Musavat.com xəbər verir ki, məlumatı “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yayəb. Bildirilir ki, danışıqlar ilkin mərhələdədir. Qəzetin yazdığına görə, BP rəqibin marağını diqqətlə öyrənir.
Mənbələr bildirirlər ki, sövdələşmənin mümkün şərtləri məlum deyil və onun ümumiyyətlə, baş tutub-tutmayacağı bilinmir.
Qeyd edək ki, BP-nin bazar dəyəri təxminən 80 milyard dollardır. Əgər sövdələşmə mükafatı nəzərə alaraq baş tutsa, bu, 1999-cu ildə Exxon və Mobil şirkətlərinin birləşməsindən sonra neft sektorunda ən böyük saziş ola bilər.
Musavat.com
26 Iyun 2025
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ