İnsanlara hürriyət, millətlərə istiqlal!

Sırrı Sürəyyanın ölümü: “Urmunu "kürd gölü" adlandıran adam üçün yas saxlanmaz!” - ABŞ -da yaşayan jurnalist

Musavat.com xəbər verir ki, ABŞ-da yaşayan tanınmış jurnalist və diaspor fəalı Zaur Bayramlı, Türkiyədə və bəzi dairələrdə Sırrı Sürəyya Öndərin ölümündən sonra yaranmış emosional reaksiyalara sosial şəbəkə hesabında sərt reaksiya verib.

Zaur Bayramlı bildirib ki, insan olaraq ölüm faktına hörmət etdiyini, ancaq ölmüş bir şəxsin həyatı boyunca sərgilədiyi ideoloji mövqelərin qəfil “romantikləşdirilməsini” qəbul etmədiyini xüsusi vurğulayıb.

Untitled (1)-17.jpg (109 KB)
Zaur Bayramlı

“Mən heç vaxt ölüm və xəstəlik kimi məsələlərin siyasət səhnəsinə gətirilib alətə çevrilməsini təqdir etməmişəm. Amma sağlığında kor Fatı olanların öləndən sonra badam gözlü kimi təqdim olunmasına da səssiz qala bilmərəm. Türkiyədəki zombiləşmiş kütləni bir qədər anlayıram. Amma Azərbaycanda, Türk dünyasında, xüsusilə də Güney Azərbaycanla bağlı bu qədər aşağılayıcı mövqe sərgiləmiş bir adama rəhmət oxuyanları anlamaqda çətinlik çəkirəm,” – deyə Bayramlı bildirib.

Zaur Bayramlı xatırladıb ki, 11 il əvvəl Sırrı Sürəyya Öndərin rəsmi Facebook səhifəsində Urmu gölünü “kürd gölü” adlandırması, Güney Azərbaycan torpaqlarını isə “Şərqi Kürdüstan” kimi təqdim etməsi ciddi etiraza səbəb olmuşdu. Bu yazılara etiraz edən Güneyli azərbaycanlılara “Türkiyənin köpəkləri” kimi təhqiramiz ifadələr işlədildiyini xatırladan Bayramlı qeyd edib ki, məsələ ictimailəşəndən sonra Sırrı Sürəyyanın komandası bu səhifənin ona aid olmadığını bildirsə də, nə təkzib verildi, nə də üzrxahlıq edildi.

“Əgər bu sözləri o deməmişdisə, niyə bir cümləlik açıqlama ilə təkzib etmədi? Demədisə, niyə səssiz qaldı? Səssizlik təsdiqdir, və bu susqunluq onun mövqeyini açıq şəkildə ortaya qoydu,” – deyə Zaur Bayramlı bildirib.

O, həmçinin Sırrı Sürəyya Öndərin “Apo mənim atam kimidir”, “Türkiyə Cumhuriyyətindən heç bir fayda görmədim” kimi açıqlamalarla çıxış etdiyini də xatırladaraq bu şəxsin Türkiyə və Türk dünyası üçün təmsil edici bir fiqur ola bilməyəcəyini deyib.

Qeyd edək ki, Zaur Bayramlı bu məsələ ilə bağlı 11 il əvvəl Musavat.com saytında geniş təhlil məqaləsi ilə çıxış etmişdi. Həmin yazıda o, Sırrı Sürəyya Öndərin Güney Azərbaycan və türk kimliyi ilə bağlı tutduğu destruktiv və təhqiramiz mövqeləri faktlarla əsaslandıraraq tənqid etmişdi.

O dövrdə yayımlanmış həmin yazı bu gün də aktual və haqlı mövqe kimi qəbul edilir. Yazını bu linkdən oxuya bilərsiniz:

Kürdçü deputat Azərbaycan türklərinə ağır söyüş etdi – məhkəmə başlayır

https://musavat.com/news/gundem/Kurdcu-deputat-Azerbaycan-turklerine-agir-soyus-etdi----mehkeme-baslayir_195743.html?fbclid=IwZXh0bgNhZW0CMTEAAR654OEMTYQQ9NnTufApw4HCFUkTVCO5wEAP__gwy0qKDbNP74g1eSwkBGVY2g_aem_P8YK0UF9JWPob9dWex6dfg

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR