Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşı Cəbrayıl rayonunda minaya düşüb.
Musavat.com xəbər verir ki, bu barədə agentlik sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verib.
Agentliyin əməkdaşı 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı olub. Onun sağ ayağın topuq nahiyyəsinin amputasiyası olunub.
Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.
27 Iyul 2025
00:43 İsrail bu gecə Qəzzaya bomba yerinə ərzaq atacaq –C‑130J‑30 təyyarələri səfərbər olunub - FOTO
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ