İnsanlara hürriyət, millətlərə istiqlal!

Soydaşımız Cəfər Pənahi Kann Festivalında Qızıl "Palma Budağı"nı qazandı

Soydaşımız, dünya şöhrətli iranlı kinorejissor Cəfər Pənahi Kann Beynəlxalq Film Festivalında böyük uğura imza atıb. Rejissor festivalın əsas mükafatı olan "Qızıl Palma Budağı"nı qazanıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli verib.

Pənahi bundan əvvəl də nüfuzlu beynəlxalq festivallarda yüksək mükafatlara layiq görülüb. O, 2000-ci ildə Venesiya Film Festivalında “Qızıl Şir”, 2015-ci ildə isə Berlin Beynəlxalq Film Festivalında “Qızıl Ayı” mükafatlarını alıb.

Yaradıcılığa çox erkən yaşlarda başlayan Cəfər Pənahi ilk dəfə 10 yaşında əlinə kamera alıb. 20 yaşında İran-İraq müharibəsində kino-operator kimi iştirak edən rejissor 1981-ci ildə kürd üsyançıları tərəfindən əsir götürülüb və 76 gün əsirlikdə saxlanılıb.

2009-cu ildə növbəti prezident seçkiləri ərəfəsində də rejissor müxalif namizəd, azərbaycanlı Mirhüseyn Musəviyə dəstəyini ifadə edib.

2009-cu ilin iyununda keçirilən seçkilər zamanı Mahmud Əhmədinejad qələbə çalıb. Musəvi tərəfdarları küçələrə axışıb. "Yaşıl inqilab" adlanan nümayişlər zamanı 20-yə yaxın insan həlak olub. İlk dəfə Cəfər Pənahi aksiyalar zamanı həlak olan gənc qız Neda Soltanın dəfnində həbs olunub və rejissora ölkədən çıxmaq qadağan olunub.

Cəfər Pənahi Tahirə Səidi ilə evlidir. Onların bu evlilikdən iki övladları dünyaya gəlir. 1984-cü ildə doğulmuş Pənah Pənahi Tehran universitetini bitirib. 2009-cu ildə çəkdiyi ilk qısametrajlı "Birinci film" adlı filmi Monrealda keçirilən beynəlxalq festivalda nümayiş etdirilmişdir. Solmaz Pənahi də Tehran universitetində təhsil alıb.

6 il həbsdə yatıb. Aclıq aksiyası keçirib. Məhkəmə müddətində 200 min dollar verib onun ev dustaqlığına çıxmasına nail olublar. Əsil dissident həyati yaşayıb...

O da İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian kimi “mən türkəm, evimdə də tükcə danışram” deyən saydaşlarımızdan birdir...



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 May 2025

BÜTÜN XƏBƏRLƏR