İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Litva prezidentinin təyyarəsinə TƏHLÜKƏ YARANDI - 30 dəqiqə havada DÖVRƏ VURDU

Litva prezidenti Gitanas Nauseda, həyat yoldaşı və nümayəndə heyətini daşıyan təyyarə Vilnüsə planlaşdırılandan gec enib.

Musavat.com xəbər verir ki, bu, hava limanı yaxınlığında aşkar edilən pilotsuz uçuş aparatı səbəbindən baş verib.

Təyyarə təxminən yarım saat Litvanın paytaxtı üzərində dövrə vurmalı olub. LRT xəbər verir ki, Liepkalnis rayonu üzərində pilotsuz təyyarə ilə bağlı məlumat Litvanın aviasiya təhlükəsizliyi xidmətinə daxil olub.

Qeyd edilir ki, Nauseda basketbol üzrə Avropa çempionatının keçiril­diyi Helsinkidən geri qayıdırmış.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR