Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp NATO-nun yaxınlaşan sammitinin yekun bəyanatında “Rusiya təcavüzü” ifadəsinin işlədilib-işlədilməyəcəyi ilə bağlı sualı cavabsız qoyub.
Musavat.com xəbər verir ki, Prezident bu məsələyə münasibət bildirmək əvəzinə, Rusiya ilə mümkün razılaşmadan danışıb.
“Mən hələ bu sənədə baxmalıyam. Amma mən Rusiya ilə razılaşma əldə olunmasını istərdim,” – deyə Tramp “Air Force One” təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O, çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putinlə əvvəlki dialoqunu yada salaraq deyib:
“Bildiyiniz kimi, Vladimir mənə zəng etmişdi. Dedi ki, sənə İranda kömək edə bilərəm? Mən cavab verdim: xeyr, mənə İranda kömək lazım deyil, mənə səninlə bağlı kömək lazımdır. Mən ümid edirəm ki, biz Rusiya ilə bir razılığa gələcəyik".
Tramp həmçinin Ukraynada davam edən döyüşlərə toxunaraq son həftə ərzində 6 min, bəlkə də 6 500 əsgərin həlak olduğunu bildirib və bunu faciə adlandırıb.
Musavat.com
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ