İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Qəzzada atəşkəs elan etdi: “Gələn həftə müharibəni dayandırırıq”

ABŞ Prezidenti Donald Tramp gələn həftə Qəzza zolağında atəşkəsin əldə olunacağını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə o, mətbuata verdiyi bəyanatda danışıb.

“Mən az əvvəl prosesə cəlb olunmuş bəzi şəxslərlə danışdım. Vəziyyət dəhşətlidir. Hesab edirik ki, növbəti həftə ərzində atəşkəsə nail olacağıq. Bildiyiniz kimi, həmin bölgəyə çoxlu vəsait və ərzaq yardımı göndəririk,” – deyə Tramp bildirib.

Prezident qeyd edib ki, ABŞ Qəzzada humanitar böhranın yumşaldılması üçün beynəlxalq tərəfdaşlarla birgə səyləri davam etdirir. O, atəşkəs razılaşmasının bölgədə gərginliyi müvəqqəti də olsa azaltmağa kömək edəcəyinə ümid etdiyini vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR