Ukraynadakı soydaşımızdan üzüntülü açıqlama
Aylar, bəlkə də illər çəkəcəyini düşündüyümüz İsrail-İran müharibəsi 12-ci günündə dayandı. Regionda qarşıdurma və münasibətlər kuliminasiya nöqtəsinə çatsa da, hiss olunur ki, diplomatik dəhlizlərdə əlaqələr qalıbmış, körpülər tam yanmayıbmış.
Ukraynadakı diaspora fəalı Yalçın Qəhrəmanoğlu bunu Musavat.com-a açıqlamasında deyib.
Y.Qəhrəmanoğlu hesab edir ki, hazırda uzun və yorucu müharibələr heç bir ölkənin maraqlarına cavab vermir: “Hətta ABŞ kimi müharibələrdən çəkinməyən dövlətin administrasiyası savaşı dayandırıb özünə reytinq qazanır. Yalnız Rusiya rəhbərliyi - Putin və ətrafı bunu anlamır, başa düşmür. 4 ildir ki, Ukraynaya bombalar yağdırır, sadə vətəndaşları öldürür, dövlətə zərbə vurur. Atılan raketlər, dronlar, mərmilər və bir sözlə, müharibənin hər günü milyonlarla dollar pul deməkdir. Həmçinin insan itkisidir. Bu üzdən Rusiya da məhv olur. Və bu məhv onu sübut edir ki, Rusiya bu dünyada yeganə dövlətdir ki, onunla vuruşub sonra da bir barış əldə edə bilməzsən…”
Diaspora fəalı üzüntü ilə qeyd etdi ki, həftəsonu Kiyevdə yas mərasimidir: “Həmyerlimizin restoranında çalışan Lyuda xanım raket zərbələrindən sonra ailə üzvlərilə birlikdə həlak olub. Bir ailə də bir xəstə dövlətin qurbanı oldu. Və bu cür ağır cinayətlərə görə prezident Volodimir Zelenskinin dünən Avropa Şurasında Rusiyaya qarşı Beynəlxalq Tribunal yaradılmasına nail olması tarixi addımdır. İnanırıq ki, Ukraynaya qarşı cinayət törədənlər ədalət qarşısında cavab verəcəklər”.
Elşad,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ