Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın vitse-prezidenti Cey Di Vens bəyan edib ki, sahibkar İlon Mask hökumətin fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə yaradılmış qurum — DOGE-də əməkdaşlığını davam etdirəcək.
Musavat.com xəbər verir ki, bunu o, “Fox News” telekanalına verdiyi müsahibədə söyləyib.
“O, tam şəkildə “səhnədən” getmir - sadəcə hər gün Vaşinqtonda olmayacaq, çünki onun əsas işi var. Mask əvvəlki kimi müntəzəm şəkildə iştirak edəcək”, - deyə Vens izah edib.
Onun iddiasına görə, həyata keçirilmiş təşəbbüslər dövlət xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasına imkan verib:
“Biz israfçılığın və dələduzluğun böyük bir hissəsini aradan qaldırdıq, vergi ödəyicilərinə yüz milyardlarla dollar qənaət etdik. Bu, hökumət fəaliyyətində səmərəliliyin artırılması baxımından tarixdə ən mühüm nailiyyətlərdən biridir”.
Qeyd olunur ki, İlon Maskın “ictimai əsaslarla çalışan xüsusi hökumət qulluqçusu” statusu 130 günlə məhdudlaşdırılıb. Keçən həftə sahibkar bildirib ki, gələn aydan etibarən DOGE-dəki iştirakını azaldacaq. Proqramın nəticələrinin tam qiymətləndirilməsi isə 2026-cı ildə mümkün olacaq.
Musavat.com
03 May 2025
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ