İnsanlara hürriyət, millətlərə istiqlal!

Əbədi fitnə-fəsad yuvası - Moskva yalnız təslim olanların göz yaşlarına inanır

Yadınızdadırsa, bu ilin iyul ayının ortalarında türk dövlətlərinin liderləri Şuşada görüşərkən dövlət başçısı İlham Əliyev Rusiya səmasında vurulan sərnişin təyyarəmizdən və Moskvanın bu xüsusda adekvat reaksiya göstərməməsindən danışmışdı.

Azərbaycan liderinin çıxışının videoyazısını hətta ABŞ prezidenti Donald Tramp da paylaşmışdı.

Daha sonra, məlum olduğu kimi, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşündə mühüm razılaşmalar əldə olundu və bu, Rusiyanın, yumşaq desək, xoşuna gəlmədi. Əslində isə söhbət ciddi hiddətlənmədən gedirdi.

Bax, o zaman bir çox ekspertlər, müşahidəçilər, hətta siyasətlə gendən-genə maraqlanan sıravi adamlar qətiyyətlə deyirdilər: “Rusiya bu işi belə qoymayacaq, nəsə bir təxribat törədəcək”.

Bunu deyənlər, yazanlar arasında Rusiyanın keçmişini, indisini, siyasətini, dövlət ağlını, başı çönəndə özünü necə aparmaq tövrünü yaxşı bilənlər də vardı. Zatən, “Rusiyanı ağılla dərk etmək çətindir” kəlamından xəbərdar olanlar bu dövlətdən həmişə qeyri-standart addımlar gözləyir və heç vaxt yanılmırlar.

yyyt.jpg (58 KB)

Üstəlik, bu cür bəd-bəd proqnozlar veriləndə Rusiyanın ölkəmizə qarşı təxribatçı hərəkətləri artıq müşahidə olunurdu. Yekaterinburq hadisələri baş vermişdi, azərbaycanlılara, xüsusilə də diaspor təşkilatlarına qarşı repressiv tədbirlər görülürdü, deportasiya edilənlər kütləviləşmişdi, vətəndaşlarımıza qarşı ksenofobik çağırışlar kafe-küçə səviyyəsindən parlament zalına, telekanal efirlərinə qədər qalxmışdı.

Ancaq yenə də işi bilənlər deyirdilər ki, daha betər təxribatlar gözləmək lazımdır.

Vurulan təyyarəmizlə bağlı Rusiyaya ünvanlanan sərt mesajdan sonra çox çəkmədi, ilk cavab atəşini Rusiya Ukraynada SOCAR-ın müəssisəsinə açdı. Bu obyektin Rusiya raketi ilə vurulması birbaşa Azərbaycanın iqtisadıq potensialına endirilmiş zərbəydi.

Bunun son olmayacağı da əyan idi. Rusiyanı idarə edənlərin ta köhnə əyyamlardan bəri bir xarakterik cəhətləri var: intriqada israrlı olmaq, sona qədər getmək, əl çəkməmək.

Bakı-Tiflis-Ceyhan neft kəməri ilə nəql olunan karbohidrogen ehtiyatlarına zərərli maddələrin qarışdırılması məsələsi məhz Rusiyadan təxribat gözlədiyimiz günlərdə baş verdi.

Ona görə də ekspertlərin gümanı azıb başqa yerlərə getmədi. Ehtimalların kompası şimalı göstərirdi.

Hazırda SOCAR-ın sabiq məsul işçisinin adının “Rusiya təxribatı”nda hallandırılması, ona qarşı irəli sürülmüş ittihamlardan birinin də dövlətin “iqtisadi təhlükəsizliyinə təhdid”lə bağlı olması ondan xəbər verir ki, keyfiyyətli neftimizə xlorid qatılması nə öz-özünə, nə də səhlənkarlıqdan baş verib.

Hamı təxribatdan şübhələnir. Burada həbs olunan Əhmədzadənin rolunun nə dərəcədə olması, onun bu işdə tək olub-olmaması və ya qrup şəklində hərəkət edib-etməmələri istintaqın bəlirləyəcəyi məsələdir.

Bizə məlum olan odur ki, Rusiya və Azərbaycan arasındakı soyuqluq artıq donvurma mərhələsinə yaxınlaşır.

Əlimizdə vacib işlər olduğu, Ermənistanla sülh sazişinin astanada durduğu bir vaxtda bizə nə Rusiya ilə, nə də başqa bir dövlətlə gərginlik yaşamaq sərfəli deyil. Bizim digər dövlətlərə qarşı hər hansı bir tələbimiz, iddiamız yoxdur, yetər ki, əllərini, gözlərini, qəmişlərini buradan çəksinlər.

Ancaq bəlli olduğu kimi, bu, elə də asanlıqla baş vermir. Tarixdə keçmiş müstəmləklərindən asanlıqla əl çəkən imperiya olmayıb. Aradan yüz il keçir, keçmiş müstəmləkə öz müstəqilliyinin 100 illiyini qeyd edir, amma keçmiş metropoliya hansısa adla, pərdəylə yenidən oraya yerləşmək, ya da özünə sərfəli, sözəbaxan rejim bərqərar etmək istəyir.

Biz bunu Fransanın timsalında görmüşük, görürük. Rusiya da onun kimi edir. Kremlin Karpat, Qafqaz və Orta Asiya ölkələrinə yanaşması fərqli deyil. Bu dövlətin öz yaxın qonşularıyla yaşadığı bütün intriqalar və gərginliklər məhz onun neo-imperiya ambisiyaları üzündəndir. Kreml heç cür bu ölkələri sərbəst buraxmaq istəmir.

İndi Moskvanın əlində cazibədar ideyalar yoxdur, kommunizm-sosializm ideyası iflasa uğrayıb, demokratiya, insan haqları prinsiplərinə isə özü də yaxın durmur. Ona görə də Kremlin postsovet ölkələrə yeganə təsir rıçağı siyasi, hərbi, iqtisadi təxribatlardır.

Bu total təzyiqin nə qədər davam edəcəyi indilərdə bilinmir. Amma ona ciddi müqavimət də var. Bu dəfə həm Qafqaz ölkələri, həm də Orta Asiyanın türk dövlətləri rus ekspansiyasından qorunmaq üçün təbii müttəfiqə çevriliblər.

Ümid edək ki, şimallılar yenidən başımıza “qospodin” və ya “tovariş” kəsilməsinlər. Yoxsa alnımıza “yadellilərlə əbədi mübarizə” yazılıb?

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

06 Noyabr 2025

05 Noyabr 2025

03 Noyabr 2025

01 Noyabr 2025

30 Oktyabr 2025

28 Oktyabr 2025

26 Oktyabr 2025

24 Oktyabr 2025

22 Oktyabr 2025

20 Oktyabr 2025

18 Oktyabr 2025

16 Oktyabr 2025

15 Oktyabr 2025

13 Oktyabr 2025

10 Oktyabr 2025

08 Oktyabr 2025

06 Oktyabr 2025

04 Oktyabr 2025

01 Oktyabr 2025

29 Sentyabr 2025

26 Sentyabr 2025

24 Sentyabr 2025

22 Sentyabr 2025

21 Sentyabr 2025

19 Sentyabr 2025

18 Sentyabr 2025

16 Sentyabr 2025

14 Sentyabr 2025

12 Sentyabr 2025

11 Sentyabr 2025