İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ bu ölkə ilə bağlı mühüm qərar qəbul etdi

ABŞ Dövlət Departamenti prezident Donald Trampın Yaxın Şərqə səfəri ərəfəsində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) təxminən 1,4 milyard dollar dəyərində silah satışını təsdiqləyib.

Musavat.com Departamentin açıqlamasına istinadən xəbər verir ki, BƏƏ 1,32 milyard dollara 6 CH-47F Chinook helikopteri, həmçinin təxmini dəyəri 130 milyon dollar olan F-16 qırıcıları üçün ehtiyat hissələri almaq istəyir.

Dövlət Departamenti BƏƏ-yə təklif olunan satışlarla bağlı tələb olunan sənədləri ABŞ Konqresinə təqdim etdiyini və bu sənədlərin “vacib regional tərəfdaşın təhlükəsizliyini gücləndirməyə kömək etməklə ABŞ-ın xarici siyasətini və milli təhlükəsizliyini dəstəkləyəcəyini” bildirib.
Qeyd olunur ki, BƏƏ-nin aldığı helikopterlər ölkəyə “axtarış və xilasetmə əməliyyatları, fəlakətlərin nəticələrinin aradan qaldırılması, humanitar dəstək və terrorla mübarizə əməliyyatlarında” iştirak etməyə imkan verəcək”.

Xatırladaq ki, ABŞ prezidenti mayın 13-dən 16-dək Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfər etməyi planlaşdırır.

BƏƏ-yə səfərin iki ölkə arasında süni intellekt, yarımkeçiricilər, istehsalat və enerji sahələrində investisiyaları əhatə edən bir sıra maliyyə sövdələşmələrinin elan edilməsi ilə nəticələnəcəyi gözlənilir.

Tramp Yaxın Şərqə səfəri zamanı Səudiyyə Ərəbistanına böyük silah satışını da açıqlaya bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR