İnsanlara hürriyət, millətlərə istiqlal!

“Allah üzümüzə baxıb ki, belələri Prezident olmayıblar, yoxsa...” – Deputatdan SENSASİON yazı

Nə qəribədir...

Doğma məmləkətimizdə vətənsevər insanlar bu gün Silahlı Qüvvələr gününü qeyd edir, vətənşüvən radikallar, işğaldan azad olunmuş Şuşaya, Ağdama, Kəlbəcərə getməyi özlərinə ar bilən vətən xainləri isə....matəmlərinin ildönümünü.

Biriləri sosial şəbəkələrdə igidlərin, şəhidlərin, qazilərin rəsmini paylaşır, digərləri isə öz dövlətini “vurmaq” üçün bütün yaramaz qüvvələrə işbirliyi təklif edən “meydançıların”, “abzasçıların”, “toplumçuların” tərcümeyi halını.

Biriləri üçün səcdəgah Şuşadır, digərləri üçün isə London, Paris, Hamburq.

Biriləri yəhudi mənsubiyyəti ilə doğulan oğlunu əsl azərbaycanlı kimi tərbiyə etməyi, ondan Aqarunov kimi qəhrəman yaratmağı bacarır, digərləri isə....oğluna Türkel adını versə də reallıqda onu türkə qarşı qatı nifrətlə böyüdür, türk düşmənlərinin yanına yerləşdirir və ya...Kanadada saxta “erməni soyqırımı” haqda sənədli film çəkən övladını tənbehləmək, yamanlamaq əvəzinə, “öz şəxsi işidir, qarışa bilmərəm” deyərək mövzudan yayınır...(Allah üzümüzə baxıb ki, belələri zamanında Prezident olmayıblar, yoxsa həmin atalardan örnək alan uşaqlar indi “Məscidlərimizdə donuzların yaxşı bəslənməsi üçün nə etməli?”, ya da “Erməni diasporası ilə əlaqələrin gələcək perspektivləri: Nəzəri və paraktik əsaslar“ – mövzusunda elmi konfranslar keçirirdilər)

Biriləri azadlıq deyərkən torpaqlarımızın düşmən tapdağından qurtulmasını, suverenliyimizin bərpasını, üçrəngli bayrağımızın qürurla dalğalanmasını nəzərdə tutur, digərləri isə “Azad söz”, “Azadlıq qəzeti”, “Azadlıq radiosu” kimi azadlıqdan bixəbər təsisatların, marianetlərin, kölələrin ailə ansamblını.

Biriləri döyüşdən və qəhrəmanlıqdan yoğrulub, digərləri isə söyüşdən və şər-yamanlıqdan.

Biriləri dövlətin, dövlətçiliyin, vətəndaş olmağın məsuliyyətini tam dərk edir, digərləri isə qlobal məsuliyyət qalsın bir yana, həyatda niyə yaşadıqlarının belə anlamını əxz etmək iqtidarında deyillər və....bu səbəbdən siyasətin də mənasını yalnız dəxilsiz “facebook” statusları yazmaqda, “Slava Ukrayna” deyib qışqırmaqda, Paşinyanın, Makronun, Şvabenin ağzına baxaraq danışmaqda, kiməsə yarınmaqda, sülənçəlikdə, qaramatlıqda görürlər.

Və nəhayət;

Biriləri üzün Azərbaycan sevda və nidadır, digərləri üçün isə......hər zaman düşmən ağzına atmağa hazır olduqları yem və qida!

***

Bayramınız mübarək, əzizlərim!

Tanrı xalqımızı, ordumuzu və o ordunu ORDU edən ləyaqətli Ali Baş Komandanımızı qorusun.
Tanrı bu millətin bəsirət gözünü daim açıq saxlasın ki, vətən qoruyanlarla vətən satanların fərqini ayırd etmək heç bir dönəmdə çətinlik yaratmasın...

Elshen_Musayev (1).jpg (74 KB)

Elşən Musayev
Demokratik Maarifçilik Partiyasının sədri,
Milli Məclisin deputatı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR