Onlayn ictimai-siyasi qəzet
Almaniyanın yeni kansleri Fridrix Mers Parisdə Fransa Prezidenti Emmanuel Makron ilə birgə keçirdiyi mətbuat konfransında Ukraynaya təhlükəsizlik zəmanətləri mövzusuna toxunub.
Musavat.com xəbər verir ki, Mersin sözlərinə görə, Ukrayna ilə Rusiya arasında sabit atəşkəs əldə olunmadan və hər iki tərəfin imzalayacağı sülh sazişi olmadan Almaniya bu mövzuda konkret öhdəlik götürə bilməz:
“Rusiya ilə davamlı atəşkəs və razılaşdırılmış bir saziş əldə olunmadığı təqdirdə, Ukraynaya hansı miqyasda təhlükəsizlik zəmanəti verəcəyimizi indidən söyləyə bilmərik. Biz hələ də bu zəmanətlərin hansı şərtlər əsasında veriləcəyini bilmirik”, – deyə Mers bildirib.
Eyni zamanda kansler vurğulayıb ki, ABŞ-ın bu prosesdə aktiv şəkildə iştirak etməsi və gələcəkdə də Ukraynaya yönəlik təhlükəsizlik zəmanətlərində yer alması olduqca vacibdir:
“Amerika Birləşmiş Ştatlarının bu məsələdə fəal mövqeyi həlledici rol oynayır və bu, sonrakı mərhələlərdə də davam etməlidir”, – deyə o qeyd edib.
Toğrul İSMAYIL,
Musavat.com
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ