İnsanlara hürriyət, millətlərə istiqlal!

Araz Ağalarova ŞOK HÜCUM: “Krokus”u ƏLİNDƏN ALIRLAR – Putinin adamından İLK ADDIM!

Rusiyadakı anti-Azərbaycan kampaniyasından öz maraqları üçün istifadə etməyə, “xal qazanmağa” çalışan“ ictimai və siyasi xadimlər”in sayı durmadan artır. Bu dəfə Rusiyadakı Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin “fərqlənməyə” çalışıb.

O, Araz Ağalarovdan “Krokus Siti”-nin alınmasını təklif edib. O iddia edib ki, Ağalarovun Rusiya banklarında böyük kreditləri var və onun “Krokus Siti”-dəki terror aktıyla bağlı aparılan məhkəmə işi ərəfəsində Bakıya getməsi təsadüfi deyil.

Onun “Krokus”-un Ağalarovdan alınması çağırışını xüsusilə də Kremlə yaxın təbliğatçılar və şovinistlər gen-bol tirajlamağa başlayıblar.

Bəs Borodin özü kimdir? Əvvəlcə qeyd edək ki, təmtəraqla təqdim edilən Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihəsi Borodinin özünün yaratdığı QHT-dir. Vaxtilə polis işçisi olmuş Borodin daha sonra İnquşetiya başçısının ictimai əsaslarla köməkçisi işləyib. Rusiyada o, daha çox bu və ya digər tanınmışşəxslərdən prokurorluğa “donos” yazması ilə tanınıb. Belə ki, onun “donos” yazdığı şəxslər arasında hətta Alla Puqaçova və onun əri Maksim Qalkin də var. Borodin onları vətənə xəyanətdə ittiham edərək, prokurorluqdan tədbir görməsini
istəyib.

Bununla yanaşı, Borodin “yuxarıların” sifarişi ilə kimlərisə şərləməklə,“qaralamaqla” məşğul olan şəxs kimi qəbul olunur. Görünür,
Ağalarovla da bağlı belə bir sifariş gəlib...

Bu və gündəmdəkibir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı

“Canlı debat” verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılaırmız daiştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR