Onlayn ictimai-siyasi qəzet
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin ABŞ-la nüvə proqramına dair dolayı danışıqların dördüncü raundunun mayın 11-də Omanda keçiriləcəyini təsdiqləyib.
Musavat.com xəbər verir ki, o, bu barədə Telegram kanalında məlumat yayıb:
"Omanlı dostlar bizdən bazar günü görüş haqqında soruşdular və biz razılığımızı bildirdik". Əraqçi vurğulayıb ki, danışıqların dəqiq vaxtını və yerini ev sahibi tərəf müəyyən edəcək.
Bundan əvvəl Tasnim agentliyi Tehranın mayın 11-də Omanda ABŞ-la nüvə danışıqlarının növbəti raundunun keçirilməsinə razılıq verdiyini bildirmişdi.
Qeyd edək ki, ABŞ və İran Omanın vasitəçiliyi ilə İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün üç raund danışıqlar aparıb. Birinci tur aprelin 12-də Maskatda, ikinci tur aprelin 19-da Romada, üçüncü tur isə yenidən aprelin 26-da Maskatda baş tutub. Danışıqlarda İran nümayəndə heyətinə Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edir.
Musavat.com
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ