Onlayn ictimai-siyasi qəzet
Hindistanın baş naziri Narendra Modiyə yaxınlığıyla tanınan təqaüddə olan general Qaqandip Bakşi Türkiyə ilə bağlı qalmaqallı ifadələr işlədib.
Musavat.com-un xəbərinə görə, hindistanlı jurnalist Nina Rayın “New India Junction” adlı yutub kanalında çıxış edən general Bakşi Türkiyənin müsəlman dünyasında liderlik iddiasında olduğunu bildirib.
“Lazım gələrsə, Türkiyəni cəhənnəmə çevirərik. Türkiyə bir müddətdir ki, özünü pis aparır”, - deyə Bakşi açıq şəkildə təhdid xarakterli fikirlər səsləndirib.
O, Türkiyənin Pakistan-Hindistan arasındakı gərginliyə müdaxilə etdiyini iddia edərək, Kəşmir bölgəsinə 3 min nəfərlik qüvvə göndərdiyini bildirib.
“Onlar dünya gücü olmağa çalışırlar. Ancaq Hindistanın nüvə silahları və kosmik gücü var. Türkiyənin isə belə bir potensialı yoxdur”, - Qaqandip Bakşi belə bir sərsəm iddia ilə çıxış edib.
Musavat.com
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ