İnsanlara hürriyət, millətlərə istiqlal!

İran və Rusiya müdafiə nazirləri arasında telefon danışığı baş tutub

İran Müdafiə Nazirliyi rəsmi açıqlama verərək bildirib ki, ölkənin müdafiə naziri rusiyalı həmkarı ilə telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, söhbət zamanı regional təhlükəsizlik, son hadisələr və İranın cavab əməliyyatları fonunda vəziyyət müzakirə edilib.

Danışığın detalları açıqlanmasa da, tərəflərin hərbi koordinasiya və qarşılıqlı anlayışa önəm verdiyi qeyd olunur.

Bu əlaqə Tehran-Moskva xəttində diplomatik və hərbi dialoqun aktiv mərhələyə keçməsi kimi şərh olunur.

Onu da bildirək ki, bu gun İran XİN rəhbəri Abbas Əraqçi Moskvada Putinlə görüşdü.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR