Onlayn ictimai-siyasi qəzet
“Mən trendə uymuram. Trend yaradıram. Tərzimlə, ifamla seçilirəm və minlərlə adam məni gözləyirsə, deməli keyfiyyətli sənət yaradıram. Mənim geyimim də individualdır”.
Musavat.com xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva jurnalistlərlə görüşündə deyib.
Xalq artisti trenddəki ifaçılarla bağlı fikirlərini bölüşüb:
"Mən intellektuallığıma dəyər qatmalıyam, çünki keyfiyyətli mahnıya dəyər verirəm. Bu mənim tərbiyəmdir, bu ruhda böyümüşəm. "Youtube" da populyar olan müğənnilərlə mümkün qədər duet oxumaram. Əgər intellektimizi artırmaq istəyiriksə, özümüzdən yaxşılara baxmalıyıq. Əgər o gəlib mənə çatmağa çalışmayacaqsa, məni öz yanına çəkəcəksə, oxumaram. Məndən nəsə öyrənmək istəsələr, o zaman oxuyaram. Onun niyyətinə baxmaq lazımdır. Amma onlardakı populyarlıq eqosu buna imkan verməyəcək. Mənim dinlədiyim mahnılar, mənim qidamdır.
Böyük səhnədə çıxış etmək üçün sinəmə döyürəm. İstər danışıq dili, istər tərz, istər görünüş olaraq heç kimdən geri qalmıram və dünya səhnəsinə iddialıyam".
Tünzalə Ağayeva Avroviziyanı izləmədiyini və seçimləri bəyənmədiyini deyib.
Könül İbrahim
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ