Onlayn ictimai-siyasi qəzet
Türkmənistanda keçirilən BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı çərçivəsində təşkil olunan “Azərbaycan Milli Günləri”də Dövlət Turizm Agentliyi və tabeliyindəki Milli Kulinariya Mərkəzi tərəfindən milli kulinariya nümunələri təqdim edilir.
Avaza Milli Turizm Zonasında keçirilən tədbirin sərgi zonasının kulinariya bölməsində milli mətbəximizin ənənəvi yeməkləri və milli şirniyyatları, həmçinin kulinariya ənənələri nümayiş olunur.
Avqustun 8-dək davam edəcək tədbirdə ziyarətçilərə stendin konsepsiyasının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan milli qastronomiya elementləri və Türkmənistanla mədəni oxşarlıqları bölüşən kulinariya nümunələri əsasında hazırlanması, eləcə də dayanıqlılıq elementləri nəzərə alınaraq hazırlanması haqqında məlumat verilib, çörəkbişirmə ənənələri üzrə türkmən xalqının mətbəx mədəniyyəti ilə oxşarlıq təşkil edən qutab və təndir kimi mətbəx nümunələri vurğulanıb.
Musavat.com
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ