İnsanlara hürriyət, millətlərə istiqlal!

Özgür Özələ hücum edən şəxslə bağlı elə detallar üzə çıxdı ki... - 2004-cü ildə görün NƏ EDİB - VİDEO

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ hücum edən şəxsin 2004-cü ildə iki övladını qətlə yetirdiyi, digər iki övladını isə yaraladığı məlum olub.

Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, məsələ ilə bağlı Türkiyənin Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, Sırrı Süreyya Öndərin dəfn mərasimindən çıxarkən CHP sədri Özgür Özələ hücum edən şəxsin daha əvvəl iki övladını qətlə yetirdiyi və sonradan şərti azadlığa buraxıldığı müəyyən olunub:

"CHP sədri cənab Özgür Özələ hücum edən, 66 yaşlı S.T. adlı şəxsin 2004-cü ildə B.T. və M.T. adlı övladlarını qətlə yetirdiyi, digər iki övladını isə yaraladığı müəyyən edilib. Həmin şəxsin oğurluq və hədə-qorxu ilə bağlı cinayət əməlləri də mövcuddur. Ömürlük həbs cəzası alan S.T., 2020-ci ildə şərti azadlığa buraxılıb".

@@TVmusavat/114376@@

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR