İnsanlara hürriyət, millətlərə istiqlal!

Polşadan Avropaya çağırış: Rusiya diplomatlarına səyahət məhdudiyyəti tətbiq edilsin

Polşanın xarici işlər naziri Radoslav Sikorski Avropa İttifaqını Rusiya diplomatlarına qarşı sərt tədbirlər görməyə çağırıb.

Musavat.com xəbər verir ki, nazir bu təklifi Aİ ölkələrinin xarici işlər nazirləri ilə müzakirələr zamanı irəli sürüb.

Sikorskinin sözlərinə görə, hazırda Avropa İttifaqında 2000-dən çox Rusiya diplomatı fəaliyyət göstərir və onların bir çoxu öz diplomatik statuslarına uyğun olmayan tapşırıqları yerinə yetirirlər.

Polşa və Çexiyanın atdığı addımları nümunə göstərən Sikorski bildirib: “Biz rus diplomatlarının yalnız akkreditə olunduqları ölkələrdə hərəkət etməsinə icazə verilməsini, hətta bu hüquqların daha da məhdudlaşdırılmasını təklif edirik ki, onların digər üzv dövlətlərdə fəaliyyəti çətinləşsin".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR