İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qalatasaray" "Fənərbağça"nın sabiq ulduzuna təklif göndərdi

"Qalatasaray" heyətinə "Fənərbağça"nın sabiq futbolçusunu cəlb etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "Cim-Bom"un müdafiəçi alternativlərindən biri Kim Min Cedir. Saşa Boe transferindən qalan 5 milyon avro və 2 yoxlama oyunu gəlirini Türkiyə klubu "Bavariya"dan hələ kiala bilməyib. "Qalatasaray" rəhbərliyi bu haqlardan imtina edib, Cənubi koreyalı müdafiəçi üçün bir ödəniş etmədən onu icarəyə götürmək istəyir. Klub Münhen təmsilçisinə təklif də göndərib. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

Qeyd edək ki, Kim Min Ce 2021-22 mövsümündə "Fənərbağça"nın formasını geyinib. O, daha sonra Türkiyə klubundan "Napoli"yə, Seriyası A nəhəngindən isə "Bavariya"ya transfer olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR