İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan dronlardan qeyri-qanuni istifadəyə görə cəzanı sərtləşdirəcək

Qazaxıstan pilotsuz uçuş aparatlarından və dronlardan qeyri-qanuni istifadəyə görə inzibati və cinayət məsuliyyətinin sərtləşdirilməsi üçün tədbirlər hazırlayır.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bunu baş nazir Oljas Bektenov deputat Elnur Beysenbayevin parlament sorğusuna cavab olaraq bildirib.

Deputat daha əvvəl kütləvi tədbirlərdə onların təhlükəli olduğunu qeyd edərək, dronlardan istifadəyə görə cəzanın sərtləşdirilməsini təklif edib.

“İstənilən kütləvi şou, konsert, futbol matçında guya “oyuncaq” dron kütlənin üzərində uçur, lakin onun içində təhlükə gizlənir”, - deputat verdiyi sorğuda bildirib və əlavə edib ki, belə şəraitdə minlərlə tamaşaçının təxliyəsi, demək olar ki, mümkünsüzdür və bunun nəticələri ağır ola bilər.

Bununla əlaqədar, Beysenbayev pilotsuz təyyarələrin istehsalçıları üçün lisenziyalaşdırma sisteminin tətbiqini və əsas hissələrin məcburi markalanmasını, həmçinin dronların qanunsuz yığılmasına və istifadəsinə görə cəzanın sərtləşdirilməsini təklif edib.

Baş nazir bildirib ki, artıq Qazaxıstana gətirilən PUA-ların markalanması üçün vahid texniki tələblər yaradılır. Onların qanunsuz toplanması və istifadəsinə görə cəzaların sərtləşdirilməsi tədbirləri də hazırlanır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR