Onlayn ictimai-siyasi qəzet
İspaniyanın "Real Madrid" komandasında zədəlilər siyahısına daha bir futbolçu əlavə olunub.
Müdafiəçi Din Huysen sıradan çıxıb. Bu səbəbdən o, İspaniya millisinin DÇ-2026-nın seçmə mərhələsində Gürcüstan və Bolqarıstana qarşı keçirəcəyi oyunlarda iştirak edə bilməyəcək.
Onun yerinə milliyə "Atletik" klubundan Aymerik Laport çağırılıb.
Huysenin zədəsinin ciddi olmadığı bildirilsə də, futbolçunun təxminən 1-2 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
"Kral klubu" oktyabrın 19-da La Liqada "Xetafe", 22-də isə UEFA Çempionlar Liqasında "Yuventus"la qarşılaşacaq.
Qeyd edək ki, "Real Madrid"də hazırda Antonio Rüdiger, Dani Karvahal, Trent Aleksandr-Arnold və Ferlan Mendi də zədədən əziyyət çəkir./Milli.az/
10 Oktyabr 2025
09 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ