İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Hindistanı aşağıladı: “Ukraynada ölənlər veclərinə deyil, qazanc dalındadırlar!”

ABŞ prezidenti Donald Tramp Hindistana qarşı kəskin bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, o, “Truth Social” sosial şəbəkəsində paylaşdığı mesajında Hindistanın Rusiya neftini böyük həcmdə alaraq, onu beynəlxalq bazarda baha qiymətə satdığını və bununla Ukraynadakı insan tələfatını görməzdən gəldiyini bildirib.

“Onlar Rusiyadan aldıqları nefti açıq bazarda böyük gəlirlə satırlar. Ukraynada neçə insanın Rusiya hərbi maşını tərəfindən qətlə yetirilməsinin isə heç bir əhəmiyyəti yoxdur. Onlar yalnız qazancı düşünürlər”, – deyə, Tramp bildirib.

ABŞ lideri bu səbəbdən Hindistana qarşı iqtisadi tədbirlərə əl atacağını vurğulayıb:

“Bu səbəbdən Hindistanın ABŞ-a idxal etdiyi məhsullara tətbiq olunan rüsumları əhəmiyyətli dərəcədə artıracağam. Diqqətiniz üçün təşəkkür edirəm”, – Tramp paylaşımında əlavə edib.

Trampın bu sərt mövqeyi Vaşinqton-Delhi münasibətlərində yeni gərginliyin xəbərçisi sayıla bilər. ABŞ prezidenti ilk dəfədir ki, Hindistanı açıq şəkildə Rusiya ilə qazanc əlaqələrində ittiham edir və Ukrayna müharibəsində dolayısı ilə günahlandırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR