Onlayn ictimai-siyasi qəzet
Tramp: Ukrayna üzrə üçtərəfli görüş və təhlükəsizlik zəmanətləri
Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında Ağ Evdə keçirilən açıq görüş başa çatıb. Söhbət bağlı qapılar arxasında davam edəcək və bundan sonra Avropa İttifaqı liderlərinə Trampla görüşə icazə veriləcək.
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə açıqlamalar verərək Ukrayna ilə bağlı planlarını şərh edib.
Musavat.com xəbər verir ki, Tramp Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə görüşdə Ukraynadakı nizamlanma ilə bağlı təkliflərin müzakirə olunacağını, təhlükəsizlik zəmanətlərinin təmin ediləcəyini bildirib. O, bu istiqamətdə böyük həcmdə yardım göstəriləcəyini, ABŞ və Avropa qoşunlarının Ukraynada yerləşdirilməsi ilə bağlı qərarın bu gün verilə biləcəyini qeyd edib.
ABŞ Prezidenti jurnalistlərin suallarına cavab verərək bildirib ki, günün sonunda qoşunların yerləşdirilməsi imkanları barədə dəqiq məlumat verəcək. Tramp əlavə edib ki, əgər üçtərəfli görüş baş tutmasa, Ukraynaya dəstək dayandırılacaq və hərbi münaqişə davam edəcək.
O həmçinin Putinin Alyaskaya gəlməsini “möhtəşəm” adlandırıb, NATO-ya üzvlük məsələsinin Ukrayna üçün mümkün olmadığını xatırladıb və ABŞ silahlarının maliyyəsini NATO-nun ödəyəcəyini vurğulayıb. Tramp qeyd edib ki, Avropalılar Ukraynaya etibarlı təhlükəsizlik zəmanətləri vermək istəyirlər və ABŞ onları dəstəkləyəcək.
Zelenski jurnalistlərin suallarına cavab verərək Kiyevin ABŞ silahlarının alınması ilə bağlı problemləri olduğunu bildirib, eyni zamanda seçkilərin keçirilməsi üçün “təhlükəsizlik şəraiti” tələb olunduğunu vurğulayıb.
Günün sonunda Tramp Zelenski və Avropa liderləri ilə görüşlərdən dərhal sonra Rusiya Prezidenti Vladimir Putinə zəng edəcəyini açıqlayıb.
Ağ Evdə amerikalı jurnalistlər həmçinin Zelenskini rəsmi kostyum seçiminə görə tərifləyiblər və onu “mükəmməl” adlandırıblar. Tramp isə Alyaskada Putinlə görüşdə geydiyi eyni kostyumda Zelenski ilə görüşüb.
Musavat.com
23 Avqust 2025
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ