Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə cümə axşamı telefon danışığı zamanı əldə olunmuş ilkin razılıqdan sonra Budapeştdə Rusiya Prezidenti Vladimir Putinlə mümkün görüşü müzakirə etmək niyyətindədir.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Prezidentinin mətbuat katibi Kerolayn Levitt bildirib.
"Amerika lideri və Putin Budapeştdə görüşü müzakirə ediblər. Prezident Tramp Zelenski ilə də bu ehtimalı müzakirə edəcək, o burada, Ağ Evdə olanda", - Levitt bildirib.
Xatırladaq ki, Volodimir Zelenski və Donald Tramp bu gün Ağ Evdə görüşəcək.
17 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ