Onlayn ictimai-siyasi qəzet
Tanınmış xeyriyyəçi iş xanımı Ruhiyyə Əliyevanın müəllifi olduğu “Qaranlıqda həqiqət” layihəsinin növbəti qonağı sabiq rektor, akademik Abel Məhərrəmov olub.
Veriliş zamanı Rühiyyə Əliyevanın ünvanladığı maraqlı suallara Abel Məhərrəmov bəzi hallarda açıq və sensasiyalı cavablar versə də, bəzi məqamları gizlətməyə üstünlük verib.
Musavat.com-un təqdim etdiyi video parçada sabiq rektor şəxsi avtomobilləri barədə danışarkən, əsasən illər öncə istifadə etdiyi köhnə maşınlardan ballandıra ballandıra danışıb.
Hazırda istifadə etdiyi çoxsaylı dəbdəbəli avtomobillər barədə isə yalnız bir cümlə ilə keçinib. Nə onların markası, nə də qiyməti haqqında məlumat verilməyib.
Musavat.com bildirir ki, Abel Məhərrəmov Bakı Dövlət Universitetində rektor vəzifəsində çalışdığı dövrdə topladığı sərvətlə ölkənin ən imkanlı şəxslərindən birinə çevrilib. Onun və yaxınlarının adlarına olan əmlaklar, daşınar və daşınmaz mülklərlə bağlı bizdə dəqiq bilgilər var. Lakin özü onlar barədə heç bir rəsmi açıqlama və ya maliyyə deklarasiyası təqdim etməyib.
Bütün bunlara baxmayaraq, verilişdə Abel Məhərrəmov özünü sadə və təvazökar bir alim kimi təqdim etməyə çalışır. Halbuki Musavat.com-un araşdırmalarına görə, o, geniş imkanlara malik, yüksək gəlirli bir şəxs – əsl oliqarx obrazıdır.
Musavat.com "fağır", "yoxsul" akademikin çıxışının bir hissəsini təqdim edir.
Musavat.com
01 Iyun 2025
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ