Onlayn ictimai-siyasi qəzet
Amerikanın "USS Harry S. Truman" təyyarədaşıyan gəmisinin göyərtəsində olan daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb.
Musavat.com xəbər verir ki, məlumatı CNN mənbələrə istinadən yayıb.
İlkin məlumatlara görə, insidentə səbəb təyyarədaşıyıcının saxlama qurğusunun nasazlığı ola bilər. F/A-18 pilotu və nişançısı təyyarədən çıxa biliblər. Onlar yüngül xəsarətlər alıblar və həyatları üçün təhlükə yoxdur.
Bu, son vaxtlar ikinci dəfədir ki, Qırmızı dənizdə "USS Harry S. Truman" təyyarədaşıyan gəmisindən Amerika qırıcısı suya düşür.
Aprelin sonunda ABŞ Hərbi Dəniz Qüvvələri F/A-18E qırıcısının yedəklənərkən suya düşdüyünü bildirmişdi. CNN-in məlumatına görə, qəzaya "Ənsar Allah" hərəkatının hücumu səbəb olub: Gəmi hücumdan yayınmağa çalışarkən kəskin dönüş edib və təyyarə dənizə düşüb.
Musavat.com
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ