Onlayn ictimai-siyasi qəzet
"Real Madrid"in yeni məşqçisi olacağı deyilən Xabi Alonso Arda Gülerlə bağlı rəhbərliyə təlimat verib.
Alonso Ardanın klubda qalmasını istəyib. "El Chiringuito"nun xəbərinə görə, Alonso xüsusilə "Real" rəhbərliyindən Arda Güleri komandada saxlamağı xahiş edib.
Xəbərdə deyilir ki, bundan əvvəl Arda komandadan icarə əsasında getməyi nəzərdən keçirsə də, bundan vaz keçib. Bildirilir ki, Xabi Alonso gənc istedadlı oyunçularla işləməyə üstünlük verir.
Qeyd edək ki, bu mövsüm "Real Madrid"də 40 matçda çıxış edən Arda Güler 5 qol və 9 məhsuldar ötürmə ilə çıxış edib. /Metbuat.az
17 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ