Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Xarici İşlər Nazirliyi Dəməşqdə kilsədə baş verən terror aktı ilə bağlı Suriyaya başsağlığı verib.
Musavat.com xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
“Dəməşqdə Müqəddəs Elias kilsəsində baş verən dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Qurbanların ailələrinə və zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı veririk”, - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, sözügedən terror hadisəsi zamanı azı 25 nəfər həlak olub, daha 50 nəfər isə yaralanıb.
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ