Onlayn ictimai-siyasi qəzet
“Şəmkir rayonunda baş verən hadisə ilə əlaqədar Agentliyin "1003-Çağrı Mərkəzi"nə daxil olan məlumat əsasında AQTA-nın regional bölməsi tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb”.
İlkin araşdırmalar nəticəsində hadisəyə Şəmkir-Qazax magistralında fəaliyyət göstərən Əhmədov Bəxtiyar Abbas oğluna məxsus “Almalı” kafedən alınan dönər məhsulunun səbəb olduğu müəyyən edilib.
“Agentliyin mütəxəssisləri tərəfindən iaşə müəssisəsində müvafiq yoxlamalara başlanılıb, qida və səthlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Laborator analizlərin sınaq nəticələrinə əsasən hadisənin dəqiq başvermə səbəbi məlum olacaq. İaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir”, - məlumatda vurğulanıb.
Xatırladaq ki, ötən gün Şəmkirdə dönərdən zəhərlənmə hadisəsi baş verib. Nəticədə 7-i kişi, 13-ü qadın olmaqla 20 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub./Ajans.az
23 Avqust 2025
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ