İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda Azərbaycan ədəbiyyatı guşəsi açılıb-FOTOLAR

Qırğızıstanda Azərbaycan mədəniyyəti günləri çərçivəsində tədbirlər davam edir.

Musavat.com-un Qırğızıstana ezam olunmuş müxbiri xəbər verir ki, aprelin 22-də paytaxt Bişkekdə, Qırğızıstan Respublikasının Milli Akademik Kitabxanasında Azərbaycan Ədəbiyyatı Guşəsinin açılışı  olub.

Açılış mərasimində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un baş katibi Sultan Raev, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, Qırğzıstan Milli Yazıçılar İttifaqının sədri Kanıbek İmanaliyev, yazarlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov jurnalistlərə açıqlamasında bildirib ki, bu, qardaş dövlətlərdə açılan sayca 4-cü ədəbiyyat guşəsidir: “Burada nümayiş olunan ədəbi nümunələrin Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, milli adət-ənənələrimizin, tariximizin, böyük Qələbəmizin gücünü göstərməkdə çox böyük əhəmiyyəti olacaq. Biz bütün ölkələrdə olan ədəbiyyat guşələrini yeni nəşrlərlə təmin edəcəyik”.
K.Tahirov əlavə edib ki, ədəbiyyat guşəsində 255 kitab nümayiş olunur.

 

Nigar HƏSƏNLİ,
Qırğızıstan, Bişkek
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR