Onlayn ictimai-siyasi qəzet
Ticarət rüsumları indiyədək Amerika iqtisadiyyatına təxminən 88 milyard dollar gəlir gətirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Donald Tramp Ağ Evdə büdcə və vergi sahəsindəki planlarına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Vaşinqton administrasiyası rəhbərinin qeyd etdiyinə görə, Konqres ekspertləri ona bildiriblər ki, Birləşmiş Ştatlar “planlaşdırıldığından xeyli çox vəsait əldə edir”. Bu məlumatlara görə, indiyədək ABŞ "rüsumlardan 88 milyard dollar əldə edib". Tramp bu hesablamalarla bağlı hər hansı təfərrüat açıqlamayıb.
Ağ Evin Milli İqtisadiyyat Şurasının rəhbəri Kevin Hasset mayın sonunda bildirmişdi ki, Birləşmiş Ştatlar "tariflər tətbiq ediləndən bəri 50-60 milyard dollar tarif gəliri əldə edib".
Musavat.com
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ