İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə ŞİDDƏTLİ zəlzələ oldu - Ölən və yaralananlar var (YENİLƏNİB 2)

Türkiyənin Muğla vilayətinin valisi İdris Akbıyık cənub-qərb sahilində baş verən güclü zəlzələ ilə bağlı sosial şəbəkədə açıqlama verib.

Musavat.com xəbər verir ki, o bildirib ki, təşvişə düşən bir yeniyetmə həyatını itirib, 69 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

“Zəlzələdə panikaya düşərək həyatını itirən 14 yaşlı bir övladımız var”, – deyə vali bildirib.

İdris Akbıyık əlavə edib ki, yaralananlardan 46 nəfər xəstəxanaya yerləşdirilib. Yaralanmaların əksəriyyəti təşviş və hündürlükdən atılma səbəbindən baş verib.

****

Musavat.com xəbər verir ki, Muğlanın Marmaris bölgəsində 5.8 maqnitudalı zəlzələ baş verib.

AFAD-ın məlumatına görə, bu gecə yerli vaxtla saat 02:17-də (Bakı vaxtı ilə saat 03:17-də) Muğlanın Marmaris bölgəsində 5.8 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ Muğla ilə yanaşı, ətraf vilayətlərdə də güclü şəkildə hiss olunub.

Hazırda zəlzələ ilə bağlı hər hansı dağıntı və ya tələfat barədə rəsmi məlumat verilməyib. 

***

Bu gecə Muğlanın Marmaris bölgəsində baş verən zəlzələ ətraf vilayətlərdə, xüsusilə İzmir, Muğla və Antalya kimi sahil şəhərlərində güclü şəkildə hiss olunub.

Beynəlxalq zəlzələ agentlikləri yeraltı təkanların gücünü 6.0 maqnituda olaraq qiymətləndirib. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) isə zəlzələnin gücünü 5.8 olaraq qeydə alıb.

Zəlzələ nəticəsində hər hansı can və ya mal itkisinin olduğu barədə hələlik məlumat yoxdur. Rəsmi qurumlardan açıqlamaların verilməsi gözlənilir. 

***

MUĞLA VALİSİNDƏN AÇIQLAMA: OLUMSUZ BİR VƏZİYYƏT YOXDUR

Muğla Valisi İdris Akbıyık sosial media paylaşımında aşağıdakı yazıb:

“Marmaris açıqlarında baş verən 5.8 maqnitudalı zəlzələ ilə əlaqədar olaraq, hazırkı anda vilayətimizdə hər hansı olumsuz bir vəziyyət müşahidə olunmayıb. Sahə üzrə yoxlama işləri davam etdirilir. Bütün vətəndaşlarımıza keçmiş olsun”. 

***

DHA-nın Muğla müxbiri Cavit Akgün qeyd edib ki, zəlzələnin qısa sürməsi böyük bir fəlakətin qarşısını alıb. Zəlzələ anında insanlar çölə çıxıb. Cavit Akgün həmçinin bildirib ki, uzun zamandır bu qədər güclü bir zəlzələ hiss edilməmişdi. 

 

Musavat.com 

Screenshot_6.png (23 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR