Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Ali Radasına antikorrupsiya orqanlarının(NABU və SAP- red.) müstəqilliyinə dair müddəaları özündə əks etdirən qanun layihəsi təqdim edib.
Musavat.com Unian-a istinadən xəbər verir ki, məlumat Radanın saytında yerləşdirilib.
Bildirilir verir ki, qanun layihəsi baxılması üçün Ali Radanın Hüquq-mühafizə orqanları komitəsinə göndərilib.
Sənəddə deyilir ki, NABU, SAP, BEB, Ukrayna Baş Prokurorluğu və Milli Polisin daxili nəzarət bölməsi - Ukrayna Təhlükəsizlik Xidməti ilə razılaşdırılmış metodologiyaya uyğun olaraq - Rusiyanın xeyrinə hərəkətlərə görə bu orqanların əməkdaşlarını ən azı iki ildə bir dəfə poliqrafiya testindən keçirməli olacaqlar.
Sənəddə o da qeyd olunur ki, Qanunun qüvvəyə mindiyi gündən (səsvermədən sonra) 6 ay ərzində SBU yuxarıda adıçəkilən qurumların əməkdaşlarını təcavüzkar dövlətin xeyrinə hərəkətlərə görə yoxlayacaq. Bundan əlavə, Zelenskinin təqdim etdiyi qanun layihəsində Ukraynada ibtidai istintaqdan, məhkəmədən yayınan və ya cəza çəkən şəxslərin axtarışı və ekstradisiyası üçün səylərin gücləndirilməsinin zəruriliyindən bəhs edilir. Həmçinin cinayət yolu ilə ölkədə əldə edilmiş əmlakın xarici ölkələrdə müəyyən edilməsi, axtarışı və qaytarılması işinin gücləndirilməsi nəzərdə tutulur.
Parlamentin spikeri Ruslan Stefançukun Facebook hesabında verdiyi məlumata görə, sənədə növbəti plenar iclasda baxılacaq.
Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Büro prezidentin qanun layihəsini dəstəkləyib. "Ukrayna Prezidenti tərəfindən təcili olaraq təqdim edilən o, NABU və SAP-ın bütün prosessual səlahiyyətlərini və müstəqillik təminatlarını bərpa edir", - SAP mətbuat xidmətinin Telegram-dakı mesajında deyilir.
Musavat.com
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ