İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ilə barışıq

Kimsə millətlər arasında əbədi düşmənçilik istəməz, amma lütfən, kimsə şəhid ailəsinin eşidəcəyi səslə “barışıq” deməsin; BBC-nin İrəvanda keçirdiyi son sorğuya diqqətlə baxın- əksər erməni yenə “qan-qan” deyir

Son günlərin dəbdə olan sözüdür: “Erməni ilə barışıq...” Dövlət babanın bu yöndə diplomatiyası və siyasəti ilə işim yox. Bizim millət olaraq xarekterimizdə düşmənçilik olmayıb. Ona görə bütün millətlər Azərbaycanda rahat yaşayıb, işləyib, vəzifə tutub. Ermənilər də belə idi. Respublikanın əksər yerlərində ən bərəkətli torpaqlarda, ən yaxşı evlərdə yaşayırdılar, yaxşı vəzifələrdə işləyirdilər. Bunun qarşılığında bizə, dövlətə elə bir pislik etdilər ki, onun nə əfvi vardı, nə “amnistiyası”...Dövlət 44 günlük müharibədə qisasını aldı, indi bağışlamaq da onun ixtiyarındadır...

maxresdefault (2).jpg (125 KB)

Erməni ilə bizim barışmamız “uzundərə” işdir. İki Qarabağ savaşında övladını, ərini, qardaşını torpağa qurban verənin yarası qaysaqlayarmı? Kimsə millətlər arasında əbədi düşmənçilik istəməz, amma lütfən, kimsə onların eşidəcəyi səslə “barışıq” deməsin. O şəhid doğmalarını heç nədən üzməyə gərək yox. Ortada barışıq-filan yoxdur, yalnız Azərbaycan dövlətinin xoş niyyəti, təklifləri var. BBC-nin İrəvanda keçirdiyi son sorğuya diqqətlə baxın- əksər erməni yenə “qan-qan” deyir, Paşinyana xəyanətkar adlandırır, Vaşinqtonda imzaladığı sənədləri yamanlayırlar...

1000-hodjal-hojaly.jpg (113 KB)

35 il əvvəl ermənilər Qarabağda iki millətin taleyində sağalmaz yaralar buraxacaq xain hərəkata başlayanda, daha sonra bu torpaqların əzəli sahiblərinin evlərini yandırıb, girov götürüb, öldürüb, sonda da silah gücünə didərgin salanda nə Allah yadlarına düşdü, nə insanlıq. Qaçqınlığın bütün məhrumiyyətlərini yaşamış biri kimi baş verənləri kino lenti kimi indi geri fırlayanda sümüklərim belə sızıldayır... Biz bir az böyük idik, çətinliyə anlayırdıq, bəs o günahsız uşaqlar çadırlarda, yataqxana künclərində niyə yarıac-yarıtox böyüməli idi ki? Onların günahı nəydi? Onlar ermənini bağışladımı, bağışlarmı?
Arada internetin erməni seqmentində Xankəndi və ətrafında “qaçqın düşənlərin” dediklərini oxuyuram, amma heç nə hiss etmirəm. Belə hallar insanda tək-tək hallarda olur. Niyə belədir? Yenə günahkar onlardır, ürəyimizi daşa döndərən bu rəhmsiz millətin bizə etdikləridir...

photo_417314.jpg (52 KB)

Xankəndidən Xudafərinədək ərazilərə sahiblənmişdilər. Bəzi əraziləri “o şərtlə” qaytarmağa razılaşırdılar ki, Qarabağın dağlıq hissəsinə daha gözümüzün ucu ilə də baxmayaq. Xankəndinə işğaldan azad ediləndən sonra ora ilk səfərimdə hər şeydən öncə buradan qovulan, həyatı boyu birinin qəlbini belə qırmamış Mehparə xalamı Oğuzun Bayan kəndində qərib məzarlığın xatırladım. Ölkənin dörd bir tərəfində var o qaçqın məzarlığından...Onların ruhu bizi bağışlarmı? Bu illər ərzində qan yerinə su axıb, düşmənçilik geridönməz hala gəlib...Xocalı indi azaddır, amma dərdi əvvəlkidir.

Barışıq(mı)? Hikmətin(Sabiroğlu) Araikgilin məhkəməsində dediyini xatırlayıram: “Anam Şuşa gedəndən sonra hər vaxt məndən bir şey soruşdu: Torpaqdan nə xəbər? Anamın Ağdamdakı ata yurdu da işğal olunmuşdu. Anama heç bir şad xəbər verə bilmədim. 2013-cü ildə yurd nisgili ilə vəfat etdi. Hər şeyin üstündən keçirəm, amma anamın o cür nisgilli ölməsini bağışlamıram”.

Refugeesaz.jpg (84 KB)

Qarabağda vaxtilə bir sözünü iki etmədikləri nüfuzlu ermənilər olub. Onların çoxu Qarabağ hadisələri başlayanda köçüb getdilər Rusiyaya. Çünki gördülər ki, daha ermənilər onları eşitmirlər, Ermənistandan gələn siyasi dəllarlara qulaq asırlar. Elələri vardı ki, azərbaycanlılarla düşmən kimi üz-üzə gəlməmək üçün utandıqlarından köçüb getdilər. Onları bağışlamaq olar.

 Shusha.jpg (262 KB)

Şəkildə gördüyünüz bizim evdir. Yalnız həyət divarları qalmış bu həyətə Şuşaya indiyədək gedən və bizi tanıyan çox adam baş çəkib. Bir evin xaraba qalması bunca şəhid qanın yanında heç nədir. Amma bu da erməni düşmənçiliyinin nümunəsidir. Bütün Qarabağda on minlərlə belə xaraba qoyulmuş yurdlar var. Dövlət daha gözəl evlər tikir. Amma barışıq üçün könülü, qan yaddaşını “təmir etmək” lazım gələcək. Bu isə uzun işdir, bəlkə də mümkünsüzdür...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

11 Sentyabr 2025

06 Sentyabr 2025

05 Sentyabr 2025

03 Sentyabr 2025

02 Sentyabr 2025

31 Avqust 2025

29 Avqust 2025

26 Avqust 2025

21 Avqust 2025

20 Avqust 2025

16 Avqust 2025

15 Avqust 2025

08 Avqust 2025

06 Avqust 2025

30 Iyul 2025

29 Iyul 2025

27 Iyul 2025

26 Iyul 2025

25 Iyul 2025

23 Iyul 2025

18 Iyul 2025

16 Iyul 2025

11 Iyul 2025

10 Iyul 2025

05 Iyul 2025

03 Iyul 2025

29 Iyun 2025

26 Iyun 2025

25 Iyun 2025

24 Iyun 2025