Onlayn ictimai-siyasi qəzet
Kollektiv Qərbin Aktaudakı təyyarə faciəsindən öz xeyrinə maksimum yararlanmağa çalışacağı gözlənilən idi. Bu həmin Qərbdir ki, Azərbaycanın torpaqlarına, suverenliyinə qəsd olanda, əsasən susmağa üstünlük vermişdi. O da həqiqətdir ki, həm 44 günlük Qarabağ savaşında, həm ondan sonrakı dövrdə Qərb dünyası bizə qarşı heç zaman ədalətli davranmadı. Amma bu o demək deyil ki, öz siyasi maraqları naminə olsa da, təyyarə qəzası ilə bağlı sərgilədikləri mövqeyi görməzdən gəldik. Qətiyyən!
Təyyarənin vurulması ilə bağlı Azərbaycanın mövqeyi və tələbləri ədalətli, bütün beynəlxalq konvensiyalara uyğun idi, əslində, bu boyda faciəni görməzdən gəlmək nə məsələn, ABŞ-a, nə də digər dövlətlərə hörmət gətirərdi.
Moskva üç gün gözləməklə təkcə münasabətlərdə gərginlik yaratmaqda deyil, həm də Qərbin qəzaya uğrayan təyyarə ilə bağlı hadisələrə fəal müdaxiləsinə şərait yaratdığına görə də məsuliyyət daşıyırdı. Yəni aydındır ki, bütün bu informasiya kirliliyi və Qərbdən Moskvaya yönəlik anti-təbliğat olmaya da bilərdi. Bir gün əvvəldən hətta Kremlə yaxın bəzi mediada da belə mövqelər vardı ki, Qərb bu faciədən Rusiya “icazə verdiyi üçün faydalana bilir”. Onu demək istəyirdilər ki, Moskva hadisələrin bu qədər gərginləşməməsi üçün məhz zamanında gərəkən reaksiyanı, Bakının tələb və reaksiyalarına adekvat davranmalı idi. Bu o deməkdir ki, təyyarə olayanda Rusiya üzərinə düşən etirafı da, bunun üçün üzr istəməyi də dərhal etməliydi ki, Qərb bu hadisələrə müdaxilə edə bilməsin, müttəfiqlər və dostlar incik düşməsin...
Bu gün səhər prezident Vladmir Putinin Təhlükəsizlik Şurasının iclasını çağırması, “dostlarımız, həmkarlarımız və müttəfiqlərimzlə qarşılıqlı fəaliyyət məsələsinin müzakirəsini” Xəzər regionunda başlamağı təklif etməsi səbəbsiz deyildi. Gələn ilin yanvarında Rusiya Xəzərdə qonşusu İranla strateji müttəfiqlik haqda geniş sənəd imzalayacaq, amma Putinin təklif edilən müzakirə indilikdə əsas olaraq Azərbaycanla bağlı olduğu şübhə doğurmurdu. Bu, həm də bütün maraqlı tərəflərə aydın mesaj idi ki, Rusiya baş verənlərdən ciddi narahatdır.
Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurası prezidentin qərarlarına “əl qaldıran” formal qurum deyil, dövlətin əsas adamları o masada cəmləşiblər. Prezidentin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov (o, ümumiyyətlə siyasi proseslərə qarışmır) istisna olmaqla o masadakılar Azərbaycanla normal münasibətləri olan şəxslərdir.
Baş nazir Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ,prezidentin köməkçisi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Azərbaycanla öz strukturları səviyyəsində əmakdaşlıq edirlər, eləcə də regionda dövətimizin rolunu yaxşı anlayırlar.
Toplantıdan sonra Rusiya dövlət başçısının Azərbaycan Prezidenti İlham Əliyevə zəngi, məlum üzrxahlığı
faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılmasını, eləcə də günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə etmələri şübhəsiz, yaranmış əsəbi gərginliyi xeyli azaldacaq.
Bu, Azərbaycanla bağlı təkcə Putinin deyil, həm də Rusiya isteblişmentinin(siyasi elitasının) mövqeyi kimi qəbul edilməlidir.
Rusiyanın düşünən və qərar verən başları fərqindədir ki, indi Azərbaycan, onun sözü və əməli bir olan lideri İlham Əliyev kimi müttəfiqi itirmək bir savaşda uduzmağa bərabərdir...
11 Sentyabr 2025
06 Sentyabr 2025
05 Sentyabr 2025
03 Sentyabr 2025
02 Sentyabr 2025
31 Avqust 2025
29 Avqust 2025
26 Avqust 2025
21 Avqust 2025
20 Avqust 2025
16 Avqust 2025
15 Avqust 2025
08 Avqust 2025
06 Avqust 2025
30 Iyul 2025
29 Iyul 2025
27 Iyul 2025
26 Iyul 2025
25 Iyul 2025
23 Iyul 2025
18 Iyul 2025
16 Iyul 2025
11 Iyul 2025
10 Iyul 2025
05 Iyul 2025
03 Iyul 2025
29 Iyun 2025
26 Iyun 2025
25 Iyun 2025
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ