Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə əməkdaşların iştirakı ilə ənənəvi qanvermə aksiyası keçirib.
Bu barədə Musavat.com ADY-yə istinadən xəbər verir.
Mərkəzi Qan Bankı və Talassemiya İnstitutu ilə birgə təşkil edilən aksiyada könüllü iştirak edən dəmiryolçular müvafiq müayinələrdən keçdikdən sonra qanvermədə iştirak ediblər.
“Aksiyanın məqsədi hemofiliya və talassemiyadan əziyyət çəkən insanlara, xüsusilə uşaqlara yardım etmək üçün qan ehtiyatının artırılmasına dəstək olmaqdır”, - deyə məlumatda bildirilib.
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ