Onlayn ictimai-siyasi qəzet
Ərzurum merinin oğlunun paylaşımı müzakirələrə səbəb olub.
Ərzurum meri Mustafa Çiftçinin oğlu Tarık Çiftçi sosial şəbəkədə polislərə sataşan videolar paylaşaraq Türkiyədə gündəmə düşüb. Sosial mediada yayılan görüntülərdən sonra o, TikTok hesabını bağlamağa məcbur olub.
Tarık Çiftçi videolarından birində "miqalkalı" avtomobili göstərərək "Atanızdan soruşun görək axşam hansı maşınla konvoya çıxaq" ifadəsi işlədib. Paylaşımlar narazılıq doğurub və polis əməkdaşlarına qarşı hörmətsizlik kimi qiymətləndirilib./Milli.Az
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ