Onlayn ictimai-siyasi qəzet
İsrail parlamenti – Knesset, İranın mümkün raket hücumları ilə bağlı təhlükəsizlik narahatlıqları səbəbindən bugünkü iclasını fövqəladə qaydada yeraltı sığınacaq zalında keçirəcək.
Musavat.com xəbər verir ki, bu barədə İsrail mediası Knesset rəhbərliyinə istinadla məlumat yayıb.
Məlumata görə, qərar ölkədə artan təhlükə fonunda qəbul olunub və iclas iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.
İsrail rəsmiləri parlamentin fəaliyyətində fasilə olmadığını, lakin müvəqqəti olaraq fövqəladə rejimə keçid etdiyini bildiriblər. Təhlükəsizlik orqanları Knessetin yerləşdiyi ərazi ətrafında nəzarəti gücləndirib.
Ekspertlər bu addımı ölkədə təhlükə səviyyəsinin nə qədər ciddi olduğunu göstərən siqnal kimi qiymətləndirirlər.
Musavat.com
16 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ