Onlayn ictimai-siyasi qəzet
Almaniya kansleri Fridrix Merz Rusiya təhlükəsinə dair Baltikyanı ölkələrin illərlə verdiyi xəbərdarlıqlara Almaniyanın kifayət qədər diqqət yetirmədiyini etiraf edib.
Musavat.com xəbər verir ki, Kansler bu yanaşmanın səhv olduğunu vurğulayaraq, artıq geri dönüşün mümkün olmadığını bildirib.
“Biz Almaniyada çox uzun müddətdir ki, Baltikyanı qonşularımızın Rusiyanın imperialist siyasəti ilə bağlı xəbərdarlıqlarına qulaq asmaqdan imtina edirik. Biz bu səhvi anladıq. Geriyə dönüş yoxdur,” – deyə Merz çıxışında bildirib.
Kansler, xüsusilə Litvanın təhlükəsizliyinə toxunaraq Almaniyanın regiondakı öhdəliklərini bir daha vurğulayıb:
“Burada bir daha təkrar edirəm: Litvanın təhlükəsizliyi — Almaniyanın təhlükəsizliyidir”.
Merzin bu çıxışı NATO-nun Şərqi Avropada artan hərbi fəallığı, Rusiya ilə gərgin münasibətlər və alyansın kollektiv müdafiə öhdəlikləri fonunda səsləndirilib. Analitiklər bu bəyanatı Almaniyanın Rusiya təhdidinə qarşı daha sərt və açıq mövqe tutmasının göstəricisi kimi qiymətləndirirlər.
Musavat.com
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ