Onlayn ictimai-siyasi qəzet
Rusiya Ermənistana göndərmək üçün məktub hazırlayır. Məktubda rəsmi İrəvanın diqqətinə onun Avropa İttifaqı ilə yaxınlaşma normaları və Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydaları arasında ziddiyyətlər çatdırılacaq.
Musavat.com-un məlumatına görə, bu barədə TASS-ın sualını cavablandıran baş nazirin müavini Aleksey Overçuk bildirib.
“Mən həmkarım Mher Gerbertoviçə (Ermənistan baş nazirinin müavini Qriqoryan - red.) ünvanlanmış məktubu imzalamaq niyyətindəyəm ki, bizim fikrimizcə, bu hərəkətlər (Aİ ilə yaxınlaşma normaları - TASS) Avrasiya İqtisadi İttifaqının normalarına ziddir”, - Overçuk deyib.
“Buna uyğun olaraq, müvafiq tədbirlərin tətbiqi məsələsinə baxacağıq”, - Rusiya baş nazirinin müavini xəbərdarlıq edib.
Musavat.com
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ